Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in İdarə Heyətinin sədr müavini Lənkəranda vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in İdarə Heyətinin sədr müavini Lənkəranda vətəndaşları qəbul edəcək 2024-09-30 15:46:38
Oktyabrın 4-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elvin Məmmədov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən 10 saylı Lənkəran Ərazi İdarəsinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi 84 “A”) Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlar üçün keçiriləcək.

Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı qəbula gəlmək istəyənlər (025) 254-71-86 və (050) 369-20-43 nömrəli telefonlarla və ya dedkr.10sayli@emlak.gov.az elektron ünvanı vasitəsilə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.